CƏMİYYƏT


Binəqədi rayonunda poliklinika işçiləri ağacəkmə aksiyasında iştirak ediblər

Bakı, 20 noyabr, AZƏRTAC

“Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən 11 nömrəli uşaq və 27 nömrəli şəhər poliklinikalarının işçiləri növbəti ağacəkmə aksiyası həyata keçiriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Aksiya zamanı ümumilikdə 100-dən çox ağac və gül kolu əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.