Binəqədi rayonunda sahibkarların təbii qazla bağlı sualları cavablandırılacaq
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
İB-dən AZƏRTAC-a bildirilib ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Binəqədi rayonunda təşkil olunacaq. Birliyin rəhbər şəxsləri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Səyyar qəbul otağı mayın 12-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbərin mətnində orfoqrafik səhv var