İQTİSADİYYAT
Binəqədi rayonunda sakinlərin istirahəti üçün yeni parklar salınmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Binəqədi rayonu paytaxtın ən çox abadlıq-quruculuq və tikinti-bərpa işlərinin aparıldığı ərazilərdən biridir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Binəqədinin Sulutəpə və Çiçək yaşayış massivlərinin ərazilərində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə yeni park salınmışdır. Ekoloji mühitin qorunmasına xidmət edəcək bu parkların ərazisində sakinlərin istirahəti üçün müasir oturacaqlar, uşaqların əyləncəsi üçün isə müxtəlif oyun attraksionları quraşdırılmışdır.
Binəqədidə icra edilən irimiqyaslı layihələr çərçivəsində Bakı-Şamaxı şossesinin rayon ərazisindən keçən hissəsində böyük bir sahədə landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma işləri aparılmışdır.
Eyni zamanda, rayonun Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar parkı tamamilə yenidən qurulmuşdur. Parkda müxtəlif kalibirli orijinal mərmi və gilizlərdən istifadə olunmaqla “Güllə yağışı” abidəsi yaradılmışdır.