CƏMİYYƏT
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin açılışı olub
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Binəqədi rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub. Rayonun 301 şəhidinin adı, soyadı və ata adı abidədə həkk edilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Abidənin açılışı mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidlərin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Şəhid ailələri qeyd ediblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan övladları ilə hər zaman qürur duyurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]