CƏMİYYƏT


Binəqədi rayonunda sexdə baş vermiş yanğın söndürülüb VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də günorta radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının asma tavan və dam örtüyü istehsalı sexinin anbarında baş verdiyi müəyyən olunub.

Yanğının mürəkkəbliyinə, obyektin ərazisində böyük həcmdə tezalışan mal-materialların (boya, sintetik məhsullar, taxta və s.) mövcudluğuna və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək bitişik anbarlara keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülməsi təmin edilib.

Obyektin böyük hissəsi, o cümlədən bitişik anbarlar yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.