CƏMİYYƏT


Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif vaxtlarda rayon ərazisində iki həyətdən dəmir borular, kombi hissələri, R.Xədərova məxsus velosipedi və A.Süleymanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.