CƏMİYYƏT


Binəqədi rayonunda soyğunçuluq edən keçmiş məhkum yaxalanıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Nəbizadənin 50 manat məbləğində pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Nəcəfov rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.