CƏMİYYƏT


Binəqədi rayonunda tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.