CƏMİYYƏT


Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı 20 nəfər təxliyə olunub

Bakı, 3 yanvar, AZƏRTAC 

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə zamanı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 85 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kvadratmetr sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb. Bundan başqa dəhlizinin divar üzlüyü 6 kvadratmetr sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər, yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.