CƏMİYYƏT


Binəqədi rayonunda yol hərəkəti qaydalarını pozan sürücüdə heroin aşkarlanaraq götürülüb

Bakı, 12 may, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsi dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini Vüsal Kazımovdan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.