CƏMİYYƏT


Binəqədi rayonundakı yanğında 12 ağac məhv olub

Bakı, 5 may, AZƏRTAC

Bakı şəhərinin Binəqədi rayonunda 70 kvadratmetr sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 kvadratmetr sahədə əriyib.

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.