CƏMİYYƏT
Binəqədi rayonunun ərazisində yaşayış binasında yanğın baş verib[YENİLƏNİB] VİDEO
Binəqədi rayonunun ərazisində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
x x x
13:14
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov və digər aidiyyəti qurumların rəhbərləri yanğın yerindədirlər.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğını lokallaşdırıb. İşlər davam etdirilir. Yanğının söndürülməsinə iki helikopter də cəlb olunub.
x x x
11:40
Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Əlavə məlumat veriləcək.
11:26
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da səhər saatlarında Binəqədi rayonunun ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.