CƏMİYYƏT


Binəqədi və Lənkəran rayonlarında evlərdən oğurluq edən şəxslər yaxalanıblar

Bakı, 12 iyun, AZƏRTAC 

Bu il aprelin 19-da Binəqədi rayon ərazisində “Priora” markalı avtomobilin dörd təkər üzlüyünü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış tədbirlərlə onun üç evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki iki həyətyanı sahədən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Liman şəhər sakinləri R.Muradlı və N.Alışzadə saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların cari ilin mart-may ayları ərzində daha iki həyətyanı sahədən məişət əşyaları və avtomobil üçün ehtiyat hissələri oğurlamaları da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.