CƏMİYYƏT


Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub

Bakı, 8 avqust, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 50 min manat dəyərində qapılar, pəncərələr, elektrik naqili, məhəccər və kafellər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Əliyev və T.Səfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir qadına məxsus içərisində 1500 manat pul, bankomat kartları, sənədlər və açar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi və Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.