İQTİSADİYYAT


Binəqədi və Xətai rayonlarında əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri həyata keçirilib

Bakı, 7 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında, paytaxtın Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazalarında, həmçinin Sabunçu rayonu ərazisindəki bir sıra tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri zamanı Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Nəsirov İsax Göyüş oğluna məxsus “Ucuzluq” mağazasında 19 nəfər, Xətai rayonu ərazisində fəaliyyət göstərən İmanov Eldar Elman oğluna məxsus “Ucuzluq” mağazasında 15 nəfər, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən Əsgərova Gülbəniz Elman qızına məxsus tikiş sexində 9 nəfər və Qurbanova Gülay Zakir qızına məxsus tikiş sexində 3 nəfər olmaqla, ümumilikdə 46 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş şəxslər barəsində tərtib olunmuş materialların hüquqi araşdırılmaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinə göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır. İşəgötürənlər işçiləri işə götürən zaman əmək müqaviləsi bağlamalı, işçilərin əmək və sosial hüquqlarını təmin etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.