CƏMİYYƏT


Binəqədidə avtomobillər toqquşub, ölən var

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 4-də saat 21 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində Yardımlı rayon sakini A.Kərimovun idarə etdiyi “Lada Priora” və Şirvan şəhər sakini Eyvaz Seyfullayevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə E.Seyfullayev hadisə yerində ölüb, iki sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.