CƏMİYYƏT


Binəqədidə boya sexində baş vermiş yanğın söndürülüb

Bakı, 13 iyun, AZƏRTAC

Bakının Binəqədi rayonunda boya sexində baş vermiş yanğın söndürülüb.

Rayonda ümumi sahəsi 1700 kvadratmetr olan boya istehsalı sexinə yığılmış 174 (hər birinin həcmi 200 litr) çəlləyin 104-ü, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 kvadratmetr, ikinci mərtəbəsində sahəsi 60 kvadratmetr olan bir otağın yanar konstruksiyaları və içərisinə yığılmış iki (həcmi üç kvadratmetr) alkid və bir (həcmi beş kvadratmetr) sintetik tiner məhlulu çəlləyi, iki dəzgah və üç avtokarın təkəri yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.