CƏMİYYƏT


Binəqədidə gənc rəssamın fərdi sərgisi açılıb

Bakı, 15 noyabr, AZƏRTAC

Binəqədi Gənclər evində gənc rəssam, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdi Könül Məmmədlinin fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin təsisçisi Nigar Bayramlı və digərləri çıxışlarında bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Çıxışlarda ölkəmizdə yeniyetmə və gənclərə, xüsusilə onların istedadlarının üzə çıxarılmasına daim diqqət və qayğı göstərildiyi qeyd olunub.

Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Könül Məmmədlinin əsərləri sərgi iştirakçılarının böyük marağı ilə qarşılanıb.

Sonda Könül Məmmədliyə Binəqədi rayon gənclər və idman idarəsinin fəxri fərmanı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.