İQTİSADİYYAT


Binəqədidə sahibkarların və sakinlərin təbii qazla bağlı sualları cavablandırılıb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də paytaxtın Binəqədi rayonunda növbəti “Açıq mikrofon” aksiyası baş tutub.

AZƏRTAC xəbər verir ki, Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya iştirakçılarını narahat edən məsələləri rahat şəkildə səsləndirməyə çağırıb. Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev Birliyin səlahiyyətləri çərçivəsində bütün lazımi dəstəyin veriləcəyini qeyd edib. Sakinlər “Açıq mikrofon” aksiyasında bəzi hallarda qaz təzyiqinin aşağı olması, sonradan ödənişli sayğacın əvvəldən ödənişli sayğacla əvəzlənməsi və sair müraciətləri ünvanlayıblar. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Bütün müraciətlərin qeydə alınaraq Birliyin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər. Məlumat üçün bildirək ki, bu gün təşkil olunan görüş “Açıq mikrofon” aksiyası çərçivəsində ümumilikdə sayca 63-cü görüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.