CƏMİYYƏT


Binəqədidə tullantıların qalaqlanması faktı aşkarlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Bakının Binəqədi rayonu, G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.