ELM VƏ TƏHSİL


Biofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 24 yanvar, AZƏRTAC 

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu və Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, imzalanmadan əvvəl bu elm müəssisəsində direktor, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova arasında görüş olub. Tərəflər birgə elmi təcrübə mübadiləsinin aparılması və digər müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin Biofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Vaqif Abbasov, bioloji elmlər departamentindən genetika mütəxəssisi, dosent, biologiya üzrə fəlsəfə doktoru Cavid Ocaqi iştirak ediblər.

İnstitutun direktoru, professor Oktay Qasımov imzalanan sənədin əhəmiyyətindən söz açıb, bu əməkdaşlığın tərəflər arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini bildirib. O, əməkdaşlıq çərçivəsində mühüm nəticələrin əldə olunacağına dair inamını ifadə edib.

Daha sonra Xəzər Universitetinin elmi işlər üzrə prorektoru, dosent İradə Xəlilova Biofizika İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, memorandum iki qurum arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, təhsil və elmin inkişafına da təkan verəcək.

Tərəflər arasındakı razılaşmaların icrası üzrə ekspertlərdən ibarət işçi qrupun yaradılması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.