ELM VƏ TƏHSİL
Biofizika İnstitutu illik hesabat verib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iclasın elmi müəssisədə 2019-cu il üzrə aparılan elmi tədqiqat işlərinin yekununa dair hesabata həsr olunduğunu qeyd edib.
Elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Kərim Qasımov qurumun 2019-cu il ərzindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabatı təqdim edib. O, cari ildə elmi müəssisədə aparılan tədqiqatlar, əldə olunan mühüm nəticələr, institut əməkdaşlarının nəşriyyat fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, institutda “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqaməti üzrə 1 problem, 2 mövzu, 5 iş üzrə 5 mərhələdə elmi-tədqiqat işi aparılıb. Habelə 2 məqalə və 14 tezis olmaqla 16 elmi əsər çapdan çıxıb. Onlardan 1 məqalə və 7 tezis xaricdə nəşr olunub.
Sonda hesabat ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, institutun 2019-cu il üçün illik hesabatı qəbul edilib.