ELM VƏ TƏHSİL


Biofizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını Vətən naminə qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyib və tədbir iştirakçılarını şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib.

Daha sonra Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhiyyə Quliyeva, Sənədlərlə iş şöbəsinin müdiri Əsmər Məmmədova, Ekoloji biofizika laboratoriyasının rəhbəri professor Tokay Hüseynov çıxış edərək, işğalçı Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, xalq-ordu-dövlət birliyindən, qazanılan qələbələrdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.