ELM VƏ TƏHSİL


Biofizika İnstitutunda elmi tədqiqatların iş proqramları müzakirə ediləcək

Bakı, 12 fevral, AZƏRTAC 

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun elmi şurasının növbəti iclası keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda institutun nəzdindəki laboratoriyalarda elmi tədqiqatlar üzrə iş proqramları və fərdi iş planları müzakirə ediləcək.

AMEA Biofizika İnstitutu və Azərbaycan Respublikasının Xəzər Universiteti ilə əməkdaşlıq müqaviləsi haqqında şura üzvlərinə məlumat veriləcək.

AMEA prezidenti, akademik Akif Əlizadənin “Gənc qadınlar elmdə” müsabiqəsinin keçirilməsi haqqında 2019-cu il 5 fevral tarixli sərəncamı ilə bağlı müsabiqədə iştirak etmək üçün Biofizika İnstitutu tərəfindən irəli sürülən namizədlər müzakirə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.