ELM VƏ TƏHSİL


Biofizika İnstitutunun Elmi şurasının iclası olub

Bakı, 22 may, AZƏRTAC 

AMEA-nın Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclasda koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tibbi-profilaktiki tədbirlər, tətbiq edilən xüsusi karantin rejimi, mövcud olan müasir səhiyyə infrastrukturu, yenicə istifadəyə verilmiş tibb mərkəzləri, tibbi maskaların istehsalı, eləcə də bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan dövləti koronavirusa qarşı bütün qabaqlayıcı tədbirləri zamanında həyata keçirməklə yarana biləcək ciddi təhlükənin qarşısını almağa nail oldu. Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər xalqımızın sağlamlığının qorunmasının qarantına çevrildi. İndiki ağır və mürəkkəb şəraitdə dövlətimiz vətəndaşlarımızın sosial problemlərinin həlli üçün lazım olan bütün zəruri işləri görür.

Daha sonra iclasda institutun elmi işçilərinin 2020-ci il üçün təsdiq olunmuş fəaliyyət planı üzrə I yarımildə görülmüş işlərə dair hesabatı müzakirə olunub.

Tədbirdə postpandemiya dövründə Biofizika İnstitutunun qarşısında duran vəzifələrə dair təkliflərin hazırlanaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunması diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu təkliflərin sırasında hüceyrə texnologiyası, xüsusən hibridomanın yaradılması, eləcə də oliqonukleotid praymer sintezinin təşkili kimi məsələlərin olması zəruridir.

Müəssisənin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə institutda martın 29-dan etibarən magistrantlar üçün dərslərin distant qaydada tədris olunduğunu bildirib. Qeyd edib ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantlar isə elmi rəhbərlərinin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.