ELM VƏ TƏHSİL
Biofizika İnstitutunun gənc alimi Monpelye Universiteti doktorantlarının sessiyasında məruzə edib
Bakı, 23 iyun, AZƏRTAC
AMEA-nın və Fransanın Monpelye Universitetinin 2019-cu ildə elan etdiyi ikili diplom proqramı üzrə doktorantura müsabiqəsinin qalibi, AMEA-nın Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı tədqiqat işlərinin nəticələrini təqdim edib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Zərifə Osmanlı Monpelye Hüceyrə Biologiyası Mərkəzində keçirilən Monpelye Universiteti doktorantlarının sessiyasında “Kanonik zülallar və onların izoformları arasında struktur vəziyyəti fərqinin proteom miqyasında bioinformatika analizi ilə müəyyən edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Gənc alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]