ELM VƏ TƏHSİL


Biologiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Bakı, 20 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formatda keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

Biologiya fənni üzrə moderator Əliyeva Nailə ali təhsil müəssisələrinə qəbul imtahanı üçün situasiya tapşırıqlarına və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun beşinci məşğələsi növbəti həftə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.