ELM VƏ TƏHSİL


Biologiya, tarix və coğrafiya fənləri üzrə hazırlıq kurslarının məşğələləri keçirilib

Bakı, 6 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin ikinci məşğələləri keçirilib

DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə Nərminə Seyfullayeva ölkənin təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə formaları barədə təqdimatla çıxış edib. Onlar milli və beynəlxalq qiymətləndirmədə və qəbul imtahanlarında istifadə edilən tapşırıq növləri barədə də məlumat veriblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının üçüncü məşğələsi növbəti həftə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.