ELM VƏ TƏHSİL
Biologiya və fiziki tərbiyə müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin fizika və texnologiya üzrə keçirilmiş test imtahanlarında 2 min 935 nəfər iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59 bal, texnologiya üzrə isə 56 bal qeydə alınıb.
İyulun 30-da keçirilən biologiya və fiziki tərbiyə üzrə test imtahanlarında isə 3 min 291 namizədin iştirakı gözlənilir.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində aparılan imtahanlar iyulun 31-də başa çatacaq.
Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [14:30]