CƏMİYYƏT


“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün təqdimatları keçirilib

Bakı, 6 may, AZƏRTAC

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Xəzər Universitetinin tələbələri ilə ikinövbəli şəkildə məlumat sessiyaları həyata keçirilib.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrinin rəhbər şəxslərinin də iştirak etdiyi təqdimatlarda əvvəlcə Birliyin sədri Ülvi Əlizadə rəhbərlik etdiyi təşkilatın missiyası, fəaliyyəti, son bir il ərzində gördüyü işlər, gələcək layihələri barədə məlumat verib. Əsasən birinci kurs tələbələri iştirak etməklə, keçirilən tədbirlərdə təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələrdən danışılıb, həmçinin təqdimatlarda tələbələr arasında maraqlı və interaktiv oyunlar keçirilib.

Tədbirlərin yekununda aparıcı tələbələrin könüllülük fəaliyyəti, onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr barədə suallar cavablandırılıb. Qeyd edilib ki, yüzlərlə tələbə-könüllü təşkilata üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub.

Həmçinin növbəti təqdimatlar mayın 10-da Odlar Yurdu Universitetində, mayın 11-də isə Bakı Dövlət Universitetində keçiriləcək.

“BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq və yerli layihələrdə, dövlət tədbirlərində iştirak etmək, eyni zamanda, tələbəlik həyatını daha rəngarəng və faydalı keçirmək, şəxsi və peşəkar inkişafı təmin etməyə, karyera imkanlarının genişləndirməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa şərait yaradır.

Qeyd olunub ki, 27 mindən çox könüllü üzvə malik olan təşkilat 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir.

İctimai Birlik, ümumilikdə, Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir və Şamaxıda 260-dan çox tədbir keçirib. Həmçinin 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və həmin regionun yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.