İQTİSADİYYAT
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri: Vahid ticarət informasiya portalı yaradılmalıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə “Əlverişli Biznes Mühiti” layihəsinin “Beynəlxalq ticarət” indikatoru üzrə İşçi Qrupunun görüşünə qatılıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində beynəlxalq ticarət prosedurlarının və qaydalarının geniş və ardıcıllıqla izah edildiyi ticarət informasiya portalının yaradılması ilə bağlı müzakirə aparılıb. Müzakirə zamanı İİTKM tərəfindən vahid ticarət informasiya portalının yaradılması istiqamətində təkliflər irəli sürülüb. Həmçinin Mərkəzin bu istiqamətdə hazırladığı ticarət informasiya portalının ilkin hissəsi aidiyyəti dövlət qurumları ilə müzakirə edilib.
Görüşdə dövlət qurumlarının təklif və rəylərinin nəzərə alınacağı ilə bağlı razılıq bildirilib.