“Bir Xocalım var idi...” adlı virtual rəsm sərgisi açılıb
AzerTAg.az
Bakı, 26 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 8-16 yaşlı uşaqların çəkdikləri rəsmlər əsasında “Bir Xocalım var idi...” adlı virtual sərgi təqdim edib. Sərgi Xocalı soyqırımına həsr olunub.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın və orta məktəb şagirdlərinin Xocalı faciəsini əks etdirən 75 rəsm əsəri nümayiş edilib.
Məktəblilər rəngli boyalarla çəkdikləri rəsmlərdə erməni qəsbkarlarının 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı törətdikləri vəhşilikləri təsvir ediblər. Rəsm əsərləri ilə şagirdlər müharibə və terrora yox deyərək faciə qurbanlarına çevrilmiş günahsız insanların səsinə səs veriblər.
Virtual sərgiyə link vasitəsilə baxmaq olar: https://www.clb.az/bir-xocalm-var-idi-_d3094.html








Xəbərin mətnində orfoqrafik səhv var