CƏMİYYƏT


“Bir ağac-min nəfəs” devizi altında vətəndaşlara ağac tingləri paylanılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Ölkədə yaşıllıqların sayının artırılması məqsədilə noyabrın 26-da növbəti dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən BRAVO marketi qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və bu ənənənin getdikcə daha da kütləvi xarakter almasına şərait yaratmaqdır.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Bu aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.