MƏDƏNİYYƏT


“Bir dəfə yüksələn bayraq, bir daha enməz” adlı vebinar təşkil olunub

Bakı, 29 may, AZƏRTAC

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı vebinar təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, 28 May - Respublika Gününə həsr olunmuş vebinarda mərkəzin direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, metodistlər Rəfiqə Nəsirova və İsmayıl Nəsirov çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib. M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Hüseynzadədən danışaraq vurğulanıb ki, o dövrdə dövlət bayrağı, himni və gerbi yaradılıb, dövlətçiliyin və milliyətçiliyin əsası qoyulub.

Vebinarın sonunda Asif Usubəliyev qeyd edib ki, hər bir xalq, dövlət öz tarixini tanımalı və düzgün qiymətləndirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.