MƏDƏNİYYƏT
“Bir gecənin nağılı" yenidən səhnədə
Bakı, 29 mart, AZƏRTAC
Aprelin 2-də və 16-da müstəqil “M Teatr”ın (“Mənim teatrım”) səhnəsində “Bir gecənin nağılı" adlı tamaşa növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Elnur İsmayılov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır.
Səhnə həlli tamaşaçıya aktyorlar Cavid Baba və Aydan Həsənzadənin təqdimatında çatdırılır.
Qeyd edək ki, səhnə əsərində gənc bir qız sevmədiyi birinə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə parkda bir oğlanla rastlaşır və bu təsadüfi görüş hər iki gəncin həyatını dəyişir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]