REGİONLAR


Bir gündə 650 min ağac əkək: Azərbaycanın “şimal qapısı” sayılan Qusardan FOTOREPORTAJ VİDEO

Qusar, 6 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qusarlılar da böyük həvəslə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 6-sı səhər saatlarından Qusar şəhəri ərazisi, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsinə başlanılıb.

Bayram əhval-ruhiyyəsində keçən aksiyaya yüzlərlə rayon sakini könüllü olaraq qoşulub.

Bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir.

Rayon ərazisində gün ərzində minlərlə ağac tinginin əkilməsi nəzərdə tutulub.

Dekabrın 6-da Qusarla yanaşı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da genişmiqyaslı ağacəkmə aksiyaları keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.