REGİONLAR


Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar

Tovuz, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə tovuzlular da töhfələrini veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qabaqcadan ağac əkiləcək sahələr müəyyənləşdirilərək hamarlama işləri aparılıb, çalalar qazılıb və tinglər tədarük olunub.

Bu gün isə 2000-dən çox tovuzlu rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Əsrik Cırdaxan və Yuxarı Öysüzlü kəndləri ərazisində ağacəkmə kampaniyasına qoşulublar.

Aksiyada Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri böyük ruh yüksəkliyi ilə iştirak ediblər.

Kampaniya çərçivəsində rayon ərazisində minlərlə ağac əkilib.

Rayon aşıqları, zurnaçı dəstəsi və digər musiqiçilər öz ifaları ilə ümumxalq tədbirinə bayram ovqatı qatıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.