ELM VƏ TƏHSİL


Bir gündə 650 min ağacın əkilməsi ətraf mühitin qorunması üçün faydalı olacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər millətin rifahına, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə istiqamətlənib. Onun təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi ideyası dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov AZƏRTAC-a müsahibəsində söyləyib.

Qeyd olunub ki, bu humanitar təşəbbüs dünya xalqlarının diqqətini Azərbaycana, mütəfəkkir şair Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir. Eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına böyük töhfədir. Həm Bakı şəhərində, həm də regionlarda bu təşəbbüs ciddi dəstək qazanıb. ADPU-nun təmsilçisi kimi deyə bilərəm ki, universitetimizin professor-müəllim və tələbə kollektivi də bu tədbirdə fəal iştirak etməklə öz vətəndaşlıq borcunu yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.