CƏMİYYƏT


Bir gündə 650 min ağacın əkilməsi regionumuzun gələcəyinin sağlamlığına misilsiz töhfədir

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin 650 illik yubileyi şərəfinə bir gündə 650 min ağac əkmək təşəbbüsü regionumuzun gələcəyinin sağlamlığına misilsiz töhfə verəcək respublika miqyaslı aksiya kimi nəzərdən keçirilməlidir. Bunu AZƏRTAC-a müsahibəsində “ASAN Radio”nun direktoru Emin Musəvi söyləyib.

Tanınmış jurnalist deyib: “Bütün bəşəriyyəti, o cümlədən dünya ölkələrinin liderlərini narahat edən planetar miqyaslı problemlər var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Yer kürəsi üçün həyati əhəmiyyətli ekoloji durumun müdafiəsi işində bütün beynəlxalq birliyə çox mühüm ismarıcdır. Sözdən işə keçmək lazımdır! Ekologiyanın sərhədləri, dini mənsubiyyəti yoxdur. Odur ki, istisnasız olaraq hamı bu müqəddəs işə öz töhfəsini verməlidir. Bu iş qlobal xarakter daşımalı və planetimizin ekosisteminin möhkəmlənməsinə bilavasitə təsir göstərməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.