REGİONLAR


Bir kənddən olan iki Milli Qəhrəman haqqında sənədli filmlər çəkilib

Ağsu, 5 iyun, AZƏRTAC 

Ağsudakı Heydər Əliyev Mərkəzində rayonun Rəhimli kəndindən olan iki Milli Qəhrəman – Yusif Əliyev və Şamil Ramazanov haqqında çəkilən “Vətənə bağışlanan ömür” və “Onun 19 yaşı vardı” sənədli filmlərinin təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki sənədli film “Milli Qəhrəmanlar” silsiləsi çərçivəsində Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Yaddaş” və “Salnamə” studiyasında ərsəyə gəlib.

“Vətənə bağışlanan ömür” filminin ssenari müəllifi və rejissoru Samirə Cəfərova, “Onun 19 yaşı vardı” filminin ssenari müəllifi və rejissoru Zamin Məmmədovdur.

Təqdimat mərasimində rayon rəhbərliyi, ziyalılar, Rəhimli kəndinin sakinləri, Milli qəhrəmanların valideynləri, qohumları və yaxın dostları iştirak ediblər.

Hər iki sənədli filmin nümayişindən sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Almaz Sultanzadə çıxış edərək, şəhidlərin adlarının əbədiləşdirilməsindən, onların ailələrinə göstərilən dövlət qayğısından danışıb.

“Vətənə bağışlanan ömür” sənədli filminin ssenari müəllifi və rejissoru Samirə Cəfərova çəkiliş prosesində yaşanan çətin anlardan, azərbaycanlı gənclərin Vətənə, doğma el-obasına bağlılığından söz açıb.

Milli Qəhrəman Yusif Əliyevin atası Əlyusif Əliyev sənədli filmlərin ərsəyə gəlməsindəki xidmətlərinə, çəkdikləri əziyyətə görə müəlliflərə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.