REGİONLAR


“Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beyləqan, 31 may, AZƏRTAC

Xocavənd rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May – Respublika Günü münasibətilə keçirilən “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik qəsəbədə keçirdiyi müsabiqədə ümumtəhsil məktəblərindən seçilmiş şagirdlər iştirak ediblər.

Münsiflər heyətinin qərarına əsasən Nərmin Tağıyeva birinci, Günel Quliyeva ikinci, Sənəm Quliyeva üçüncü yerə layiq görülüb.

Müsabiqənin qalibləri diplomla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.