CƏMİYYƏT


Bir kilo 300 qram çəkidə dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb

Bakı, 9 dekabr, AZƏRTAC

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 32-ci həftəsində dünyaya gələn körpə ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

AZƏRTAC Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, riskli hamiləlik keçirən pasiyentə vaxtından əvvəl - hamiləliyin 32-ci həftəsində vəziyyəti ilə əlaqədar olaraq qeysəriyyə əməliyyatı icra olunub. Çəkisi 1 kilo 300 qram, cinsi kişi olan körpə vəziyyəti ilə əlaqədar olaraq dərhal Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinə köçürülüb.

Həkim-neonatoloq Şəbnəm Yusifzadə və tibbi personal tərəfindən aparılan düzgün müayinə və müalicə nəticəsində körpə ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.