REGİONLAR


Bir müəllimi və on şagirdi olan təhsil müəssisəsi üçün modul tipli məktəb binası quraşdırılır

Astara, 5 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən, 350 nəfər sakini olan Şəmətük kəndində 1 müəllimi və 10 şagirdi olan ibtidai təhsil müəssisəsi üçün modul tipli məktəb binası quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına quraşdırılan 20 şagird yerlik yeni məktəb binası 6 sinif və 1 müəllim otağından ibarət olacaq.

Təhsil Nazirliyinin sifarişi ilə quraşdırılan modul tipli məktəb binası yaxın vaxtlarda istifadəyə veriləcək.

Qeyd edək ki, Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən daha bir kənddə - Dolu kəndində də 40 şagird yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.