DÜNYA


Bir neçə ölkə Bosniya və Herseqovinanın Aİ üzvlüyünə namizədlik statusunun verilməsi üçün dəstək olub

Sarayevo, 21 iyun, AZƏRTAC

Bir neçə ölkə Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünə namizədlik statusunun verilməsi üçün dəstək olub.

AZƏRTAC xəbər verir ki, Sloveniyanın Bosniya və Herseqovinanın ilkin şərt olmadan Aİ üzvlüyünə namizədlik statusunun verilməsi ilə bağlı təşəbbüsünü Macarıstan, Xorvatiya və Polşa da dəstəkləyib.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna və Moldova ilə yanaşı, Bosniya və Herseqovinaya da Aİ üzvlüyünə namizədlik statusunun verilməsi ilə bağlı çağırış edib. Xorvatiya Prezidenti Zoran Milanoviç və Polşa Prezidenti Andjey Duda da Viktor Orbanın bu çağırışını dəstəkləyiblər.

Zoran Milanoviç Ukraynanın Aİ üzlüyünə qəbulu üçün Bosniya və Herseqovinanın da birliyə üzv olmasını şərt qoyacaqlarını bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.