İQTİSADİYYAT
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 4-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, diametri 159 millimetrlik “Aran QPS qaz kəməri qolu”nda aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Yevlax rayonunun bir hissəsinə, qazpaylayıcı stansiyada təmir işlərinin aparılması ilə əlaqədar saat 17:00-dək İsmayıllı rayonunun bir hissəsinə, qaz ölçü qovşaqlarında yenidən qurulma işlərinin aparılması, qaznəqli sistemində siyirtmənin dəyişdirilməsi və yaranmış nasazlığın ləğvi, “Əskipara 1” (kənd xətti) ölçü qovşağından qidalanan diametri 530 millimetrlik, 219 millimetrlik və 159 millimetrlik qaz xətlərində və “Əskipara Sənaye” ölçü qovşağından qidalanan kollektorda təmir işlərinin aparılması və siyirtmənin quraşdırılması ilə əlaqədar saat 18:00-dək Şəmkir, Qazax, Səbail, Sabunçu və Şamaxı rayonlarının bir hissəsinə, Balakən rayonu Balakənçayı ərazisindən keçən diametri 110 millimetrlik polietilen qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi, Buzovna qəsəbəsi, “Quşçuluq massivi” adlanan ərazidə qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar işlər başa çatanadək Xəzər və Balakən rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.