CƏMİYYƏT


“Bir qəlbi də sən isit” aksiyasına start verilib

Bakı, 26 noyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “Bravo” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni İl münasibətilə “Bir qəlbi də sən isit” aksiyası həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bir ay müddətində davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

Vətəndaşlarımız noyabrın 25-dən etibarən “Bravo” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” hipermarketlərində qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.

Yeni İldə kiçik qəlblərin sevincinə birlikdə səbəb olaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.