REGİONLAR


Bir qrup media nümayəndəsi Vətən müharibəsindəki fəaliyyətinə görə “Zəfər Media Mükafatı” ilə təltif olunub VİDEO

Ağdam, 12 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətə görə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media Mükafatı” ilə təltif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Ağdam rayonunun Quzanlı qəsəbəsində pandemiya şəraitinin tələblərinə uyğun olaraq tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ağdam rayonunun girişindəki Şəhidlər Abidə Kompleksini, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.

Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsindən danışıblar. Bildirilib ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Vətən müharibəsində media nümayəndələri də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər.

Media nümayəndələri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə də informasiya müharibəsinin cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırlayıblar. Bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandıracaqlar.

Sonra Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətinə görə KİV nümayəndələrinə “Zəfər Media Mükafatı” təqdim edilib. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşları Tahir Ağaməmmədov və Aydın Yavərzadə də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.