İQTİSADİYYAT


Bir qrup metropolitençi yeni ili İstanbulda qarşılayıb

Bakı, 7 yanvar, AZƏRTAC

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 70 nəfər metropolitençi yeni ili Türkiyənin İstanbul şəhərində qarşılayıb.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, fasiləsiz iş rejimi ilə çalışan metropolitençilər Yeni il bayram günlərini xoş ovqatla keçiriblər. Sərnişinlər üçün təşkil edilmiş xüsusi tədbirlər proqramı ilə yanaşı, kollektiv ilin təhvil verildiyi gecə, dekabrın 31-dən yanvarın 1-nə keçən zaman saat 2-yə qədər sərnişinlərin xidmətində olub. Paytaxtın müxtəlif guşələrində, xüsusən də şəhər mərkəzində təşkil edilmiş tədbirlərlə əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropolitenin iş vaxtını 2 saat uzadıb.

Bütün bunlarla yanaşı, metropoliten işçilərinin asudə vaxtlarının səmərəli təşkili də unudulmayıb. Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu dəfə də bir qrup metropolitençi ölkə xaricinə turist səfərinə göndərilib. “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə 70 nəfər metropolitençi tətil günlərini Türkiyənin İstanbul şəhərində keçirib. Bakıdan təyyarə ilə yola düşən metropolitençilər İstanbulda qarşılanaraq, əvvəlcədən ayrılmış otelə yerləşdiriliblər. Metropolitençilər hər addımı tarix olan İstanbulun görməli yerlərinə təşkil edilən ekskursiyalarda iştirak ediblər.

Hər il olduğu kimi, Bakının müxtəlif məkanlarında dekabrın 30-dan yanvarın 5-nə kimi təşkil edilən bayram şənliklərində MİHİ-nin təşkilatçılığı ilə bütün metropolitençilərin azyaşlı övlad və nəvələri iştirak edib, Şaxta babadan yeni il hədiyyələri alıblar.

MİHİ-nin nümayəndələri sosial əhəmiyyətli daha bir ənənəsini pozmayaraq Yeni il bayramı münasibətilə uşaq evlərinin birində iştirak edib, bayram sevincini onlarla bölüşüb, hədiyyələrini təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.