DÜNYA


Bir qrup senator Pentaqonu Ukraynaya F-16 qırıcıları göndərməyə çağırıb

Bir qrup senator Pentaqonu Ukraynaya F-16 qırıcıları göndərməyə çağırıb

Bakı, 15 mart, AZƏRTAC

ABŞ Konqresi Senatının bir qrup üzvü Ukraynaya F-16 qırıcılarının göndərilməsi imkanlarının nəzərdən keçirilməsi tələbi ilə müdafiə naziri Lloyd Ostinə məktub ünvanlayıb.

AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, senatorların fikrincə, bu, döyüş meydanında həlledici təsirə malik əhəmiyyətli töhfə ola bilər.

“Hazırda münaqişənin dönüş nöqtəsinə qədəm qoyuruq. Birləşmiş Ştatlar bundan sonra da Kiyevin döyüş meydanında qələbə qazanmasına kömək edəcək yardımı dəqiqliklə analiz etməlidir”, - deyə Senatın həm respublikaçılardan, həm də demokratlardan ibarət səkkiz üzvünün imzaladığı məktubda bildirilir. Onlar martın 17-dək Lloyd Ostindən cavab gözləyir.

Martın 9-da Ağ ev F-16 qırıcılarının idarə edilməsi üzrə ukraynalı təyyarəçilərə təlim keçməyi planlaşdırmadığını deyib. Prezident Cozef Bayden isə ABŞ istehsalı olan qırıcı təyyarələrin Kiyevə tədarükünün prioritet olmadığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.