REGİONLAR
Bir qrup yerli və xarici rəssam Füzuli rayonuna səfər edib
Şuşa, 29 avqust, Məmməd Məmmədli, AZƏRTAC
Avqustun 29-da Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup yerli və xarici rəssamın işğaldan azad edilən Füzuli rayonuna səfəri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfər zamanı gənc rəssamlar Füzuli Beynəlxalq Hava Limanında, daha sonra Qarğabazar kəndindəki karvansarada olub və ətrafdakı dağıntıları izləyiblər.
Hava limanında iştirakçılara Füzuli rayonunda salınan şəhər və yenidən tikiləcək kəndlər barədə məlumat verilib. Bildirilib ki, rayonda “Blue zone” adlanan şəhər ərazisi yaradılacaq, burada sərt yer örtüklərindən istifadə olunmayacaq. Yolboyu ərazidə xidmət müəssisələrinin olması insanların avtonəqliyyat vasitələrindən asılılığını azaldacaq.
Qonaqlar, həmçinin şəhərin ümumi planı ilə tanış olub, orada yaradılacaq nəqliyyat sistemi, sosial xidmətlər - səhiyyə, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələri, həmçinin yerli əhəmiyyətli memarlıq abidələri haqqında məlumat alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]